Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Məcburi Köckün Qadınlar” İctimai Birliyi yeni layihə həyata keçirir - 2020

0

  •                 “Məcburi Köckün Qadınlar” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə 2020-ci ilin avqust-sentyabr aylarında Sabirabad rayonunun Rüstəmli qəsəbəsi, Hacıqabul rayonu Yeni Qızılburun və Atom qəsəbəsi, Şirvan şəhəri Yeni qəsəbə, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 8 saylı yataqxana və Gəncə şəhərində məskunlaşan zəngilanlı ailələr, Şəki rayonu 450 məcburi köçkün üçün salınmış Yeni qəsəbə (Xocalıdan olan ailələr), Oğuz rayonu Kəlbəcər və Xocalıdan olan ailələrin məskunlaşdığı ərazi və Göygöl rayonu Mirzik kəndi (1988-ci ildə ermənistandan qaçqın düşən ailələr) arasında “Qaçqın, məcburi köçkün, Şəhid və Qarabağ əlili ailələri arasında sosial müdafiənin təmini istiqamətində maarifləndirmə işləri aparmaqla onların həyat şəraitinin yaxşılaşdırılmasına dəstək olmaq” mövzusunda yeni layihə həyata keçirir.        Layihənin həyata keçirilməsində məqsəd qaçqın, məcburi köçkün, Qarabağ əlili və şəhid ailələrinin məskunlaşdığı ərazilərdə əhali  arasında sorğu və diskussiya aparmaq yolu ilə onların qarşılaşdığı sosial problemləri öyrənmək, sosial müdafiyəyə ehtiyacı olan insanları müəyyənləşdirmək, problemlərin həlli üçün onlar arasında maarifləndirmə və izahat işləri aparmaqla mövcud problemlərin həll etmək  üçün aidiyyat dövlət orqanları  ilə səmərəli əməkdaşlıq quraraq həmin ailələrin sosial  şəraitinin yaxşılaşdırmasına  dəstək  olmaqdır.        Qeyd: Sosial müdafiyəyə təmini ilə bağlı hüquqi məsləhətə ehtiyacı olan məcburi köçkünlər  (zerife_cebrayilli@mail.ru)  elektron poçt ünvanına yazılı surətdə müraciət edə bilərlər.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib61 dəfə
    “Məcburi Köckün Qadınlar” İctimai Birliyi yeni layihə həyata keçirir 2020

    Maraqlı gələ bilər
    55
    49
    42